Qəbələdə partlayış olub - Xəsarət alanlar var

Eşqin Nuruşov/AZADİNFORM. Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

24.03.2019 10:00 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo