Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi

AZADİNFORM. Gəncədə avtomobillərdən oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Quliyeva saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları, habelə neft terminalı bazasındakı dəmiryol xəttinin hissələrini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.

Bundan başqa, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də rayon sakini H.Məmmədova məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gədəbəy rayon sakini E.Səfərov saxlanılıb və avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.

23.03.2019 18:39 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo