Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib

AZADİNFORM. Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı verib.

Azadinform xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

23.03.2019 16:09 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo