Rusiya "Məhsul 305" raketlərini Suriyaya göndərib

Ləman Hüseynzadə / AZADİNFORM. Rusiya "Məhsul 305" adlı yeni idarə olunan aviasiya raketini Suriyada döyüş şəraitində sınaqdan keçirir.

Azadinform xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Agentlik hələlik məlumatla bağlı heç bir rəsmi açıqlamaya sahib olmadığını əlavə edib.

Qeyd edək ki, “Məhsul 305” raketləri Mİ-28HM helikopterləri üçün nəzərdə tutulub. Bu raketlər vasitəsilə zirehli texnika və dəmir-beton sığınacaqları məhv etmək mümkündür. Raket 25 kilometrə qədər uçmaq imkanına sahibdir.

Mİ-28HM Rusiyanın Mİ-28H “Gecə ovçusu” helikopterinin modernizasiya edilmiş versiyasıdır. Bu vertolyot süni intellekt elementləri ilə təchiz edilmiş yeni idarəetmə sisteminə malikdir.

Moskva martın 21-də bu vertolyotları da Suriyaya sınağa göndərib.

23.03.2019 14:57 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo