Albaniya milli komandasının baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. 

Azadinform Albaniya Futbol Feterasiyasının (AFA) rəsmi saytına istinadən xəbər verir ki, yığmanı Andorra millisi ilə keçirəcəyi matça müvəqqəti olaraq məşqçilər Ervin Bulku ve Sulejman Mema çıxaracaqlar. 

Qeyd edək ki, martın 22-də Albaniya yığması futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin I turunda Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olub. 

23.03.2019 14:28 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo