Paytaxtda hər gün Novruz şənlikləri olacaq Fotolar

Samir Soltanov/AZADİNFORM. Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram günləri ərzində paytaxt Bakı şəhərində müxtəlif kütləvi tədbirlər və konsert proqramları təşkil olunur. 

Azadinform xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir. 

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir. 

Tədbirlər çərçivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunmuşdur. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı rayonların mədəniyyət ocaqlarının bədii kollektivlər xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış edib, pəhləvanlar öz məharətlərini göstəriblər.

Bayram tədbirləri həmçinin paytaxtın digər məhəllələrində də keçiriləcək.

23.03.2019 13:00 / Baxılıb: 175 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo