Prosineçki: Xorvatiya Azərbaycanı çətinliklə məğlub etdi

Samir Soltanov/AZADİNFORM. Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda evdə Ermənistanla oyunöncəsi mətbuat konfransı keçirib. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, o, konfrans zamanı yığmamızın Xorvatiya ilə oyununu da xatırladıb: "Millətlər Liqası sayəsində özünəinamı qazandığımızı düşünürəm. Komandada yaxşı mühit var. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.  Asan oyun yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm". 

Qeyd edək ki, Xorvatiya AÇ-nin seçmə mərhələsinin ilk turunda millimizə 2:1 hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

23.03.2019 12:35 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo