Gəncə-Bakı reysinə əlavə sərnişin qatarı ayrılacaq

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azadinform-a bildirib ki, martın 25-dən Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin ediləcək. Qeyd edib ki, qatar Gəncədən saat 18:00-da yola düşəcək və Bakıya saat 22:15-də çatacaq.

23.03.2019 12:23 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo