Bu yolda hərəkət məhdudlaşdırılıb

Samir Soltanov/AZADİNFORM. Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq. Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

23.03.2019 12:12 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo