Erməni hərbiçilərin maaşlarının artırılmasından imtina edildi

Ləman Hüseynzadə / AZADİNFORM. "2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb". 

Azadinform xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının iclasında çıxışı zamanı Ermənistanın Müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O qeyd edib ki, hazırkı şəraitdə hərbçilərin maaşının 1000 dram artırılması belə dövlət büdcəsi üçün ağır nəticələnə bilər: "Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək və hərbçilərin maaşları artırılacaq".

23.03.2019 11:48 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo