Bakı-Ankara-Bakı xətti ilə hərəkət edəcək sərnişin qatarı Türkiyəyə çatıb

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkətində istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib. Bildirilir ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatarda 9 sərnişin vaqonu, 1 restoran var. İsveçrədən Türkiyəyə öz hərəkəti ilə gələn qatar qısa zamanda Qarsdan Bakıya yola salınacaq. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün vaqonların istehsalına dair müqavilə imzalanıb. "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd vaqon "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyadan ibarətdir.

23.03.2019 10:53 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
    22.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo