İdlibə aviazərbələr endirilib - 10 ölü, 28 yaralı

Ləman Hüseynzadə / AZADİNFORM. Suriyanın İdlib şəhərinin təhlükəsizlik zonasına daxil olan ərazilərinə - Fua və Keferyaya aviazərbələr endirilib. 

Azadinform xəbər verir ki, əməliyyat nəticəsində 10 mülki vətəndaş vəfat edib, 28-i isə müxtəlif xəsarətlər alıb. Ölən və yaralalanların sayının artacağı ehtimal edilir.

Bir qrup mənbələrin yaydığı məlumata görə, aviazərbələr Xmeymim aviabazasından qalxan 5 Rusiya hərbi təyyarəsi tərəfindən endirilib.

23.03.2019 10:33 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo