Millimiz İrlandiya yığmasına qarşı

Samir Soltanov/AZADİNFORM. Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək. 

Azadinform xəbər verir ki, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 

Matçın baş hakimi Adam Farkas, onun köməkçiləri: Balazs Szert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, dördüncü hakim isə Nikolay Voloşin (hər ikisi Rusiya) olacaq. 

Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.

23.03.2019 10:43 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo