Azərbaycan qaz hasilatı həcmini 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan qaz hasilatı həcmini 2025-ci ilədək 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib. E.Nəsirov bildirib ki, ötən il ölkədə 30,49 milyard kubmetr qaz hasil olunub. Bu il hasilatın 20 faiz artırılması planlaşdırılır: “2023-cü ildə ölkədə qaz hasilatı 38 milyard kubmetr təşkil etməlidir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı, gözlənildiyi kimi, 2021-ci ilə 17 milyard kubmetr olacaq”. 

Onun sözlərinə görə, bununla belə, bu proqnozlar yüksələ bilər, çünki bir sıra layihələr, məsələn, "Şəfəq-Asiman" hazırda kəşfiyyat mərhələsindədir.

23.03.2019 10:23 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo