Məhəmməd Cavad Zərif Türkiyəyə gedir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Azadinform-un məlumatına görə, Yeni Zelandiyada məlum terror aktından sonra iranlı nazir hazırda İƏT-ə rəhbərlik edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təşkilatın növbəti toplantısının keçirilməsi ilə bağlı çağırış edib.

Martın 22-si Türkiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirlər səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

22.03.2019 19:04 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo