Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər

Rəsmi Kreml ABŞ prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatına sərt reaksiya verib.

Azadinform-un “Interfax”a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Şübhəsiz ki, bu kimi çağırışlar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha kəskinləşdirə bilər. İstənilən halda bu kimi çağırışlar Yaxın Şərq məsələsinin həlli ilə bağlı məqsədlərə xidmət etmir, əksinə daha mənfi təsir edir”,- deyə D.Peskov bildirib.

O əlavə edib ki, rəsmi Moskva bu fikirlərin çağırış kimi qalacağına ümid edir.

Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin İsrailin Qolan yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib. O “twitter” səhifəsində İsrailin və ümumilikdə regionun təhlükəsizliyi baxımından belə addım atmağın vacib olduğunu yazıb.

22.03.2019 17:48 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo