Cimmi Karter ABŞ-ın ən çox yaşayan sabiq prezidentidir

1977-1981-ci illər ərzində ABŞ prezidenti vəzifəsində çalışan Cimmi Karter rekorda imza atıb.

Azadinform-un məlumatına görə, Karterin hal-hazırda 94 yaşı və 173 günü var. Beləliklə, o yaşına görə böyük Corc Buşu keçib və rekordu təzələyib.

Qeyd edək ki, ABŞ bir neçə prezidenti 90 yaşdan çox yaşayıb. Onların arasında böyük Buş və Karterdən başqa ölkənin ikinci prezidenti Con Adams, 38-ci lideri Cerald Ford və 40-cı prezidenti Ronald Reyqan da var.

22.03.2019 16:49 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo