Avropa İttifaqı Brexiti təxirə salmağa razılaşıb

Avropa İttifaqı Brexiti şərti olaraq təxirə salmağa razılıq verib. Avropa İttifaqı Şurası Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma tarixini başqa vaxta keçirmək tələbini şərti olaraq təsdiqləyib.

Aİ liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti gələn həftə Brexit müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, Brexit aprelin 12-dək təxirə salınacaq.

Qeyd edək ki, Britaniya hökuməti Aİ-ni tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.

22.03.2019 12:34 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo