"Instagram"ın işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti bildirib.

"Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir.

Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri şikayət ediblər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.

Qeyd edək ki, bu, martda sosial şəbəkədə yaranan növbəti problemdir. Martın 5-də də bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub. 

22.03.2019 10:43 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo