Paris meriyası: "Paytaxt küçələrində 3641 insan gecələyir"

Hazırda Fransanın paytaxtı Parisin küçələrində gecələyən 3641 evsiz insan var.

Azadinform xəbər verir ki, bu statistikanı Paris meriyası açıqlayıb.

Meriyanın açıqladığı statistikaya əsasən bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 689 nəfər artıb.

Paytaxt küçələrində gecələyənlərin əksəriyyəti 25-54 yaş arasında olanlar, tənhalar və artıq bir ildən çoxdur ki, küçələrdə qalan insanlardır. Onların 14 faizi işləyərək maaşı ilə dolanır, 23 faizi dilənçiliklə əldə etdiyi pulla, 18 faizi isə sosial məvacib hesabına yaşayır.

Paytaxt küçələrində yaşayan evsizlərin 12 faizini qadınlar təşkil edir. Statistik göstəricilərə əsasən Parisdəki evsizlərin 30 faizi paytaxtın şimal rayonlarında toplaşıb.

Rəqəmlər onu da göstərir ki, əgər bir zamanlar Paris küçələrində yaşayan evsizlər əsasən yaşlılardan ibarət idisə, bu gün evsizlər nisbətən daha cavan insanlardan ibarətdir.

22.03.2019 09:53 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo