Ana uşaqlarına işgəncə verdiyinə görə tutulub

Aygün Nəbiyeva / AZADİNFORM. "Youtube" kanalında 800 min izləyicisi olan ABŞ-lı bir qadın övladlığa götürdüyü 7 uşağa pis münasibət göstərməsi və işgəncə verməsi səbəbi ilə tutulub. 

Azadinform xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nın Arizona əyalətində yaşayan 48 yaşlı Machelle Hackneynin evinə polislər tərəfindən edilən basqında dolablara kilitlənmiş, susuz qalmış və az qidalanmış uşaqlar tapılıb. Hackneyin 800 minə yaxın izləyicisi olan "Fantastic Adventures" adlı "YouTube" kanalında 7 övladlıq uşağı ilə birlikdə kiçik yaşdakılara aid videolar çəkdiyi öyrənilib. Səlahiyyətlilər qadının uşaqların dialoqlarını unutması və ya "Youtube" kanalındakı videolarda onlara verilən təlimatları düzgün yerinə yetirmədikləri üçün cəzalandırdığını açıqlayıb.

Qeyd edək ki, polis hadisə ilə bağlı 13 Martda Hackninin doğma qızının xəbərdarlıq etməsi ilə hərəkətə keçdiyini bildirib.

21.03.2019 18:32 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo