Macarıstan hökuməti anti-Rusiya sanksiyalarına görə 7 mlrd. dollar itirib

Macarıstan Rusiyaya tətbiq edilən sanksiyalara görə 7 mlrd. dollar itirib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin xarici işlər naziri Peter Siyarto bəyan edib.

O bildirib ki, Avropa sanksiyaları onların gözləntilərini keçib: “Ticarət dövriyyəmizi cari səviyyədə saxlamaq üçün çox ciddi səylər göstərməliyik”.

P.Siyarto həmçinin əlavə edib ki, Macarıstan Rusiya ilə ticarət dövriyyəsinin 10 mlrd. dollara qədər artmasına ümid ediblər.  

21.03.2019 17:54 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo