Citigroup Venesuelanın qızılını satacaq

Amerikanın nəhəng şirkəti “Citigroup” Venesuelanın ödənilməmiş kreditini bağlamaq üçün onların təqdim etdiyi qızılı satacaq.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 1,6 mlrd. dollar məbləğində kreditdən gedir.

Venesuela hökuməti martın 11-ə qədər 1,1 mlrd. dollar məbləğində kreditin birinci hissəsini geri qaytarmalı idi.

Xatırladaq ki, xarici KİV-lərdə Türkiyə şirkətinin Venesuela prezidenti Nikolas Maduroya ölkədən 900 mln.dollar həcmində qızıl çıxarmasına köməklik etməsi ilə bağlı məlumatlar yayılmışdı. 

21.03.2019 16:45 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
    22.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo