Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib

AZADİNFORM. 2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

Tonqal ətrafında keçirilən bayram şənliklərində konsert proqramları təqdim edilib, hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

21.03.2019 16:23 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
    22.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo