İƏT Yeni Zelandiyada baş verən teraktlarla əlaqədar iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçirəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinn məlumatında deyilir.

Məlumatda bildirilir: "Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq martın 15-i Yeni Zelandiyada baş verən terror hücumları ilə əlaqədar fövqəladə toplantı kaçirəcək. Martın 22-si Trükiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirləl səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub".

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb. (trend)

21.03.2019 14:05 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo