Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb

AZADİNFORM. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Novruz bayramı ilə əlaqədar ölkənin avtovağzallarında tətbiq olunan gücləndirilmiş iş rejiminin müddətinin martın 30-na qədər uzadıb.

Azadinform xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

DANX sözçüsü bu günlərdə daşınan sərnişinlərin sayını da açıqlayıb: “Martın 19-dan indiyə qədər 62 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza və xaricə səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Paytaxdan daşınan sərnişin sayı bu saata qədər 38 542 nəfərdir. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlıq Gəncə, Mingəçevir və Şirvanda müşahidə edilir. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 562-67-58 nomrəsi zəng edərək nə məlumat verəsiniz”. 

21.03.2019 12:32 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo