Yeni Zelandiyada yarımavtomatik və hücum tüfəngləri qadağan olunub

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern cümə axşamı ölkə ərazisində hücum və yarımavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.

Azadinform TASS-a istinadən xəbər verir ki, Baş nazirin bəyanatını "The New Zealand Herald" nəşri dərc edib.

"Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra biz Yeni Zelandiyada bütün hərbi tipli yarımavtomatik və hücum tüfənglərinə qadağa elan edirik", - deyə bəyanatda bildirilir.

21.03.2019 12:07 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo