Bu gün AVRO-2020-nin seçmə mərhələsi start götürəcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsi start götürəcək.

Azadinform-un məlumatına görə, ilk oyun günündə 10 qrupdan 4-də 10 görüş keçiriləcək. İlk matç I qrupunda Qazaxıstan və Şotlandiya yığmaları arasında olacaq. Daha sonra qrupun Kipr - San Marino qarşılaşması başlanacaq.

Qalan 8 görüş isə eyni saatda start götürəcək.

Azərbaycan millisinin yer aldığı E qrupunda daha Slovakiya - Macarıstan oyunu da keçiriləcək.

AVRO-2020, seçmə mərhələ

I tur

21 mart

I qrupu

19:00. Qazaxıstan - Şotlandiya

21:00. Kipr - San-Marino

23:45. Belçika - Rusiya

C qrupu

23:45. Hollandiya - Belarus

23:45. Şimali İrlandiya - Estoniya

E qrupu

23:45. Xorvatiya - AZƏRBAYCAN

23:45 Slovakiya - Macarıstan

G qrupu

23:45. Avstriya - Polşa

23:45. İsrail - Sloveniya

23:45. Makedoniya - Latviya

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

21.03.2019 10:16 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo