Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

AZADİNFORM. Azərbaycan Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə tədbirlər planına əsasən, Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrində olublar.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev matrosların sosial-məişət şəraiti ilə tanış olaraq yataqxanalara, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.

Görüşlər zamanı Ombudsman aparatının üzvləri hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və hərbi dənizçiləri maraqlandıran sualları cavablandırıblar.

20.03.2019 17:56 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo