Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur

Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur.

Azadinform-un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti üçün məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: "Dəfələrlə terrorçuluğun dini, dili və irqinin olmadığını vurğulayan lider kimi, mən ötən həftə baş verən terrror hücumlarını əxlaqla və ya xristianlığın prinsipləri ilə əlaqələndirmək cəhdlərini qətiyyətlə rədd edirəm. Hər halda, Yeni Zelandiyada baş verənlər avamlıq və nifrətin fəlakətli məhsulu idi".

Türkiyə prezidenti qeyd edib ki, Yeni Zelandiyada günahsız insanları qətlə yetirənlərdə Türkiyədə, Fransada, İndoneziyada və digər yerlərdə terror aktları törədənlər arasında heç bir fərq yoxdur.

20.03.2019 16:19 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo