ABŞ Milli Kəşfiyyatının rəhbəri Seula gedib

ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Cənubi Koreyaya səfərə gedib.

Azadinform-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası hökümətindəki mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, D.Kouts kəşfiyyat məlumatları, həmçinin Koreya Xalq Demokratik Respublikasındakı vəziyyətə dair qiymətlərə koreyalı həmkarları ilə paylaşacaq. Pxenyanın nüvə proqramı istiqamətində atılacaq addımlar üzrə birgə yanaşma hazırlamaq planlaşdırılır.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Xanoyda ABŞ və KXDR sammiti baş tutub. Sammitin yekunları üzrə tərəflər razılığa gələ bilməyiblər.

20.03.2019 15:56 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo