Xızıda yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Xızıda qida üçün yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlılığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

20.03.2019 15:13 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo