Yaponiya orta və böyük mənzilli qanadlı raketlər istehsal edəcək

Yaponiya uzaq cənub-qərb adalarının müdafiəsi üçün orta və böyük mənzilli qanadlı raketlər istehsal etməyi planlaşdırır.

Azadinform xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Takeşi İvaya Tokioda keçirilən mətbuat konfransı zamanı məlumat verib.

T.İvaya qeyd edib ki, bir sıra xarici ölkələrin hərbi gəmiləri uzaq məsafəli hava hücumundan müdafiə sistemləri ilə təchiz edilib. Belə olan halda, ölkənin özünümüdafiə qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün yapon gəmilərinin də belə raketlərlə təchizatına ehtiyac var.

Nazir, həmçinin qeyd edib ki, qanadlı raketlərin hazırlanmasına artıq başlanıb.

Yaponiya Müdafiə Nazirliyinin rəhbəri onu da əlavə edib ki, bu raketlər 2030-cu ildən istifadəyə qəbul ediləcək yeni model “F-2” qırıcı təyyarələri üçün nəzərdə tutulur.

20.03.2019 14:56 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo