"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"Sarı jiletlər" hərəkatı və onlara qoşulan digər xuliqan qruplaşmaların keçirdiyi nümayişlər Fransaya 200 milyon avro ziyan vurub.

Azadinform-un məlumatına görə, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer Senatın iqtisadiyyat üzrə komissiyasında çıxış edərkən deyib.

Eyni zamanda o xəbərdarlıq edib ki, bu, bunlar "təxmini rəqəmdir", çünki bunlar istehlak sahəsində olan bir çox amillərdən asılıdır.

L.Mer bildirib: "Hamının gözü qarşısında olan zorakılıq Fransaya, onun nüfuzuna və dünyadakı cəlbediciliyinə ziyan vurur. Lakin bütün bu zorakılıq ölkənin iqtisadi əsaslarını sarsıdmayacaq".

20.03.2019 12:19 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo