Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait artırılıb

AZADİNFORM. Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək.

Azadinform-un məlumatına görə, şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq, bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılıb.

Bu il isə Səhiyyə Nazirliyi tərəfindən bu dərmanların alınmasına 44 milyon manat sərf ediləcək.

Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına daimi dərman və özününəzarət vasitəsilə təmin edilib.

Qeyd edək ki, Azərbaycanda 263 mindən çox şəkərli dabet xəstəsi qeydiyyatdadır.

2017-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin 53 min nəfəri insulindən asılı olan 1-ci tip, təxminən 37 min nəfəri isə həm insulin, həm də həblə müalicə olunan xəstələrdir. Qalan 150 mindən çox xəstə isə yalnız həbdən asılı olan 2-ci tip şəkərli diabet xəstələridir.

20.03.2019 11:54 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo