Qazaxda 10 tona yaxın mineral gübrə güzəştli şərtlərlə satılıb

AZADİNFORM. Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Azadinform-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayılli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən və Şəmkir rayonlarının ardınca növbəti səyyar satış mart ayının 19-da Qazax rayonunun Alpout kəndində baş tutub.

Bugünkü satış zamanı Alpout və ətraf kəndlərdən 20 vətəndaş müraciət ilə 10 tona yaxın mineral gübrə satılıb.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

19.03.2019 21:09 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo