Yığmamız Xorvatiyaya yollanıb

Samir Soltanov/AZADİNFORM. Millimiz AÇ-2020-nin seçmə mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün Zaqrebə gedib. 

Azadinform xəbər verir ki, komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bu gün saat 16:30-da çarter reysi ilə səfərə çıxıb. Təyyarədə milli komanda ilə yanaşı, AFFA İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, İsgəndər Cavadov, eləcə də "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev yer alıb. 

Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.

19.03.2019 19:00 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo