Daha 1928 vərəsəyə birdəfəlik ödəmə verilib

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Azadinform-a verilən məlumata görə, bu istiqamətdə mühüm addım kimi, ƏƏSMN-dəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi. 

Artıq həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.

Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfər təşkil edir. Ötən il noyabrın əvvəllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu günədək artıq 5491 şəhidin 7894 vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

19.03.2019 18:40 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo