SOCAR-da Liviya Milli Neft Korparasiyasının sədri ilə görüş keçirilib

Adəm Abbaslı/AZADİNFORM. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Şirkətdən Azadinform-a verilən məlumata görə, SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin qeyd edilib ki, bir zamanlar liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil alıblar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkanlara malikdir.

Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla səmimi qəbul üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulayıb. Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR haqqında hazırlanmış təqdimat qonaqlarda böyük maraq yaradıb.

19.03.2019 13:40 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo