Gömrükdə spirtli içki və siqaretlər müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zaman nəqliyyat vasitəsindəki yataq dəstinin altından və salonun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilmiş üzərində "Tsianandali Saperavi" yazısı olan 30 ədəd 0,7 litrlik, üzərində "Hlibny Dar" yazısı olan 15 ədəd 1 litrlik spirtli içkilər, 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

19.03.2019 12:19 / Baxılıb: 376 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo