Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi

Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi olub. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mətbuat Xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub. 

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 

Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri baş ədliyyə müşaviri Eldar Sultanovdur.

19.03.2019 11:31 / Baxılıb: 331 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo