Azəriqaz bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Adəm Abbaslı/AZADİNFORM. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20-26 mart tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Birlikdən Azadinform-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarından bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

19.03.2019 10:35 / Baxılıb: 320 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo