Ceki Çan və Ceki Vu filmə çəkilir - Əsas rollara

Məşhur aktyor Ceki Çan və döyüş sənəti ustası Ceki Vu “Alpinistlər” filmində əsas rolları ifa edəcəklər.

Azadinform trend-ə istinadən xəbər verir ki, film Everest zirvəsinə qalxan ilk çinli alpinistlərə həsr olunub.

Ekran əsərini tanınmış honq-konqlu rejissor Deniel Li çəkəcək.

Filmin mövzusu real hadisələrə əsaslanır: 1960-cı il mayın 25-də alpinistlər Tsyuy İn-hua, Qonpo və Van Fuçjou tarixdə ilk dəfə olaraq Everestə şimal istiqamətindən qalxmağa müvəffəq olublar.

19.03.2019 10:10 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo