Oğurluq edən şəxs saxlanılıb - Gəncədə

AZADİNFORM. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadinform-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompüteri oğurlayıb.

V.İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

19.03.2019 10:00 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo