Kallum Hadson-Odoi İngiltərə millisində

Adəm Abbaslı/AZADİNFORM. “Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi ilk dəfə İngiltərə millisinə çağırılıb.

Azadinform xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, on səkkiz yaşlı yarımmüdafiəçi “Avro-2020"nin seçmə mərhələsində Çexiya və Monteneqro ilə oyunlar üçün milliyə dəvət edilib.

Bundan başqa, zədələnən "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, İngiltərə millisi martın 22-də Çexiya, üç gün sonra isə Monteneqro ilə qarşılaşacaq.

19.03.2019 09:50 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo