Apple şirkəti yeni "iPad"lar buraxıb

"Apple" şirkəti "iPad Air" və "iPad Mini" planşetlərinin yeni modellərini buraxıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni "iPad Air" 10,5 düyümlük ekranla, "Apple A12 Bionics" son nəsil prosesorla, "Touch İD" sistemilə təchiz olunub. Mini versiyası isə 7,9 düyümlük ekrana malikdir.

Hər iki planşet birinci nəsil "Apple Pencil" stilusu ilə dəstəklənir.

Yeni planşetlərin buraxılışını açıqlamayan şirkət növbəti təqdimatını martın 25-nə təyin edib.

18.03.2019 22:32 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo