ABŞ PUA-sı Əfqanıstanda qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Əfqanıstanın Parvan bölgəsinin Baqram rayonuna düşüb.

Azadinform “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Əfqanıstandakı qoşunlarının mətbuat xidməti yayıb.

PUA NATO-nun Baqram rayonunda yerləşən Hərbi-Hava Qüvvələrinin yaxınlığında boş əraziyə düşüb.

Aparatın texniki nasazlıq səbəbindən düşdüyü bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Düşən PUA-nın modeli barədə məlumat açıqlanmayıb. 

18.03.2019 20:54 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo