Malayziyada 13 terrorçu saxlanılıb

Malayziya hüquq-mühafizə orqanları terror fəaliyyətində şübhəli bilinən 13 nəfəri saxlayıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziya Milli Polisinin başçısı Məhəmməd Fuzi Harun məlumat verib.

Onun sözlərinə görə, martın 11-12-də keçirilən xüsusi əməliyyat nəticəsində Filippinin 12 və Malayziyanın 1 vətəndaşı tutulub. 

Bildirilib ki, onların azından 6-sı “Əbu Səyyaf” regional terrorçu qruplaşmasının üzvləridir. Antiterror əməliyyatı başa çatdıqdan sonra onların bir hissəsi Malayziyanın qonşu Sabah əyalətinə qaçıb.

Saxlanılan terrorçular 2017-ci ildə Filippinin Mindanao adasında yerləşən Maravi şəhərini ələ keçirərək bir neçə ay nəzarətdə saxlamaqda da şübhəli bilinirlər. Şəhərin azad edilməsi əməliyyatı nəticəsində 1100 terrorçunun öldürüldüyü, 500 000 sakinin isə Maravini tərk etdiyi bildirilir.

18.03.2019 21:09 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo