Saakaşvilinin lideri olduğu partiyaya yeni sədr seçiləcək

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin təsisçisi və lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) martın 24-də qurultayı keçiriləcək.

Azadinform xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının iclasında qəbul olunub.

Qurultayda VMHP-nin yeni sədri seçiləcək. Siyasi Şura qurultayda Qriqol Vaşadzenin sədrliyə namizədliyinin irəli sürülməsi barədə məsələni razılaşdırıb.

Partiya liderlərinin bildirdiyinə görə, Q.Vaşadze komandada yekdilliklə dəstəklənir.

Qeyd edək ki, bu gün M.Saakaşvili VMHP-yə yeni sədrin seçilməsini təklif edərək bu posta Q.Vaşadzeni layiq gördüyünü bildirib.

18.03.2019 21:23 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo