Yeni Zelandiyadakı terror qurbanları İngiltərə-Çexiya oyununda yad olunacaq

AVRO-2020-nin seçmə mərhələsinin I turunda keçiriləcək İngiltərə-Çexiya matçında Yeni Zelandiyada törədilmiş terror qurbanlarının xatirəsi yad olunacaq.

Azadinform xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, İngiltərə-Çexiya matçı martın 22-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Terror hadisəsi martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə baş verib. Son məlumata görə, hadisə nəticəsində 50 nəfər ölüb, eyni sayda insan yaralanıb. Hadisəni törədən Brenton Tarrant aprelin 5-də məhkəmə qarşısına çıxacaq. 

18.03.2019 20:17 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo